EN

Moskvada partlayış: Erməni batalyonunun komandiri öldü

Erməni “Arbat” batalyonunun təsisçisi Armen Sərkisyan Moskvada yaşayış kompleksində baş verən partlayış nəticəsində ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb.

Rusiya paytaxtının İstintaq Komitəsinin müstəntiqləri və kriminal mütəxəssislər hadisə yerinə baxış keçirirlər.

İlkin məlumatlara görə, “Aviatsonnaya” küçəsində yerləşən yaşayış kompleksinin 29 mərtəbəli binasının foyesində naməlum qurğu partlayıb.

Prokurorluq cinayət işinin istintaqını nəzarətə götürüb.

Xatırladaq ki, ermənilərdən ibarət “Arbat” batalyonu Ukraynaya qarşı müharibədə iştirak edir.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
24
1
teleqraf.com

2Sources