EN

PAŞA Kapital ilə SOCAR istiqrazlarına komissiyasız investisiya fürsəti

(®) PAŞA Kapital investorlara SOCAR istiqrazlarının abunə yazılışı müddətində illik 2% gəlir əldə etmək və komissiyasız xidmətdən faydalanmaq imkanı təqdim edir.

Belə ki, 25.02.2025-ci il tarixinədək SOCAR istiqrazları üzrə abunə yazılışına qoşulan investorlar vəsaitlərinin daxil olduğu gündən 04.03.2025-ci il tarixinədək olan müddətdə PAŞA Kapital-dan illik 2% gəlir əldə edəcəklər. Yəni, məsələn, 03 fevral tarixində abunə yazılışı üçün PAŞA Kapitala müraciət edirsiz, vəsaitinizi yerləşdirirsiz və 04 mart tarixinə qədər olan müddətdə o vəsaitin üzərinə illik 2% gəlir qazanırsız.

İnvestorların abunə yazılışı müddətində qazanacaqları faiz gəlirləri 07.03.2025-ci il tarixindən sonra hesablarına köçürüləcək.

Xüsusi olaraq qeyd edək ki, fiziki şəxslər SOCAR istiqrazlarının alışı zamanı aşağıdakı xərclərdən tam azaddır:

-Depo hesabın açılışı;

-Broker komissiyası;

-Bakı Fond Birjasının komissiyası.

"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin anderrayteri olduğu SOCAR istiqrazlarının əsas xüsusiyyətləri aşağıdakı kimidir:

-Nominal dəyər: 1 000 ABŞ dolları;

-Gəlirlilik faizi: illik 6%;

-Kupon ödənişi: rüblük;

-Tədavül müddəti: 5 il;

-Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş.

"Yaşıl Gəlir, Yaşıl Gələcək" şüarı ilə təqdim edilən bu istiqrazları əldə etmək istəyən şəxslər 28 fevral 2025-ci il tarixinədək PAŞA Kapital-ın onlayn müraciət platforması - https://www.pashacapital.az/trading/socar vasitəsilə müraciət edərək abunə yazılışında iştirak edə bilər.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.

Chosen
17
4
marja.az

5Sources