EN

Türkiyə Suriyada iki hərbi baza yarada bilər

Türkiyə

Türkiyə Suriyada iki hərbi baza qura və orada “F-16” qırıcıları yerləşdirə bilər.

Reyting.az
-ın məlumatına görə, “Washington Post” qəzeti peyk şəkillərinə və ekspertə istinadla daha əvvəl yazıb ki, İsrail Suriyanın Qolan təpələrində bufer zonasında bazalar tikir.

Nəşr yazır ki, ərəb mənbələrinə görə, Türkiyə və Suriya ortaq müdafiə sazişi imzalayacaq: “Yaxın vaxtlarda imzalanması gözlənilən sazişə əsasən, Dəməşq qəfil təhlükə ilə üzləşəcəyi təqdirdə Ankara Suriyaya yardım edəcək. Razılaşmada həmçinin Türkiyə Silahlı Qüvvələrinin Suriya ordusuna və onun pilotlarına təlim keçməsi, Türkiyənin Suriyada iki hərbi baza qurması da nəzərdə tutulur. Türkiyə ölkənin suverenliyinə qarşı yönələ biləcək hər hansı hücumun qarşısını almaq üçün Suriya Hərbi Hava Qüvvələrinin tikintisi başa çatana qədər bu bazalarda 50 “F-16” qırıcısı yerləşdirəcək”.

Rəsmi orqanlar hələlik bu xəbərlərə münasibət bildirməyiblər.

Nəşr həmçinin yazır ki, Suriyanın yeni administrasiyası İsraillə sərhədə nəzarət etmək üçün Türkiyədən İHA, radarlar və elektron döyüş sistemləri tələb edib:

“Ankaradan əsas tələbi pilotsuz uçuş aparatları (PUA) olan Dəməşq hökuməti, xüsusilə İsrail sərhəd dəhlizinə nəzarət kontekstində Türkiyə İHA-larına əlavə olaraq sərhəddə radarların, elektron döyüş sistemlərinin və inteqrasiya edilmiş təhlükəsizlik sistemlərinin yerləşdirilməsini istəyir”.

Qəzet həmçinin Suriya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadla yazır ki, PUA-ların ilk çatdırılması yaxın vaxtlarda baş tuta bilər.

E. KAMAL
Chosen
31
6
reyting.az

7Sources