Olaylar.az-ın məlumatına görə, bunu bu gün İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (3 fevral) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə rəsmiləri münasibətlərin möhkəmləndirilməsi və bəzi anlaşılmazlıqları ilə əlaqədar danışıqlar aparıblar.
Bəqai bildirib ki, Cənubi Qafqaz və bütün qonşular, o cümlədən Azərbaycan və Ermənistan İran üçün çox önəmlidir.
"İranın hər iki ölkə ilə yaxşı əlaqələri var son günlərdə diplomatik gediş-gəlişlər daha da artıb. İran dəfələrlə qeyd edib ki, iki ölkə arasında danışıqların irəliləməsinə istənilən köməyi etməyə hazırdır", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31