Kanadanın bir neçə əyaləti ABŞ-də istehsal olunan spirtli içkilərin satışına qadağalar tətbiq etməyə başlayıb. Bu barədə “Globe and Mail” qəzeti yazır.
Nəşr bildirib ki, Britaniya Kolumbiyası, Kvebek, Ontario, Yeni Şotlandiya, Manitoba, Labrador, Nyufaundlend və Şimal-Qərb Ərazilərinin hakimiyyət orqanları artıq məhdudiyyətlər elan ediblər.
Beləliklə, ABŞ-nin 35 ştatından 3,6 mindən çox məhsulun adı sanksiyalar altına düşəcək.
Fevralın 3-də Kanada hökuməti fevralın 4-dən etibarən ərzaq, spirt və hərbi texnika da daxil olmaqla bir sıra ABŞ mallarına 25% artırılmış rüsumlar tətbiq edəcəyini açıqlamışdı. Meksika prezidenti Klaudia Şeynbaum isə ölkəsinin ABŞ-nin tariflərinə cavab tədbirləri görəcəyini söyləyib.
Tural