EN

USAID təşkilatının Salvadordakı fəaliyyəti dayandırıldı: "Sabitliyi pozur"

Hurriyyet.az xəbər verir ki, Salvador Prezidenti Naib Bukele  ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) sabitliyi pozmaqda ittiham edərək, təşkilatın ölkə ərazisindəki fəaliyyətini dayandırıb. O, əksər hökumətlərin həmin vəsaiti almaq istəmədiklərini, pulların əksəriyyətinin əslində haraya yerləşdirildiyini başa düşdüklərini bəyan edib.

Bukelenin sözlərinə görə, USAID öz yardımını inkişaf, demokratiya və insan hüquqlarına dəstək kimi reklam etsə də, maliyyələşdirmənin əsas hissəsi sabitliyi pozan hərəkatların, müxalif qrupların, siyasiləşmiş QHT-lərin maliyyələşdirilməsinə yönəldilir.

Bukele deyib: "Ən yaxşı halda bu pulların yalnız 10%-i həqiqətən də ehtiyacı olanlara kömək edən real layihələrə çatır. Lakin qalanı yadfikirliliyin və etirazların alovlanmasına, qlobalçıların gündəliyinə tabe olmaq istəməyən inzibati idarələrin sarsıdılması cəhdlərinə xərclənir". 

Prezident qeyd edib ki, bu cür "yardımın" ixtisarı təkcə Birləşmiş Ştatlar deyil, qalan bütün dünya üçün də sərfəlidir.

Hürr Tərcüman

 

Chosen
13
hurriyyet.az

1Sources