EN

Xəzərin üzərində bu ölkəyə məxsus PUA vuruldu

Rusiya hava hücumundan müdafiə sistemləri Xəzər dənizi üzərində Ukraynaya məxsus PUA-nı vurub.

Ulusal.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, fevralın 3-də Moskva vaxtı ilə saat 07:50 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Xəzər dənizi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib.

Xatırladaq ki, bundan əvvəl Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, Kaspiyskdəki obyektlər üzərində pilotsuz uçuş aparatları qeydə alınıb.

Chosen
8
6
moderator.az

7Sources