EN

Dövlət qurumlarını audit tenderlərini kimlər udur? - MƏBLƏĞLƏR, ŞİRKƏTLƏR - SİYAHI

Azərbaycanda keçirilən audit tenderləri nəticəsində müxtəlif şirkətlər arasında ciddi rəqabət müşahidə olunur.

Dövlət qurumları ofis icarəsinə milyonlar xərcləyir – QURUMLAR, MƏBLƏĞLƏR, İCARƏDƏN QAZANANLAR - SİYAHI

FED.az xəbər verir ki, 2024-cü il ərzində audit xidmətinin satın alınması istiqamətində 17 tenderə yekun vurulub. Sözügedən dövr ərzində ölkədə keçirilən tenderlərin ümumi həcmi 1 milyon 958 min 442 manat təşkil edib.

Tenderlərin qaliblərinə gəlincə, "RSM Azerbaijan" MMC şirkəti 5 tenderin qalibi seçilərək ən çox tender udan şirkət kimi diqqət çəkir. Şirkət ümumilikdə 1 milyon 123 min 180 manat dəyərində tender udaraq bazarda lider mövqedədir. Xüsusilə, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin 520 380 manat məbləğində maliyyə hesabatlarının auditi tenderi, həm şirkət, həm də ümumi bazar üçün ən yüksək məbləğli tender olub.

FED.az xəbər verir ki, ikinci sırada "Baker Tilly Audit Azərbaycan" QSC şirkəti gəlir. Şirkət, dövlət qurumlarının ümumi dəyəri 546 340 manat olan 4 tenderində qalib seçilib.

Bununla yanaşı, "HLB Azərbaycan" MMC dövlət şirkətlərindən 67 000 manat, «Abacus Audit and Consulting» MMC isə 28 600 manat dəyərində 2 tender uda biliblər. Bu rəqəmlər nisbətən kiçik olsa da, hər iki şirkət sayca ən çox tender udan şirkətlərdəndir.

Daha detallı aşağıdakı cədvəldə:

 

Satınalan təşkilatın adı

Satınalma predmeti

Qalibin adı

Təklifin qiyməti

Yekunlaşma tarixi

1

İpoteka və Kredit Zəmanət Fondu

2024-2026-cı illər üzrə maliyyə hesabatlarının kənar auditor yoxlanışı üzrə xidmətlər

"RSM Azerbaijan" MMC

177.000 AZN

20.11.2024 10:17

2

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" PHŞ

“Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun şəkildə hazırlanmış maliyyə hesabatlarının auditi xidməti”nin satın alınması

"RSM Azerbaijan" MMC

64.900 AZN

16.10.2024 10:11

3

Dövlət Reklam Agentliyi PHŞ

2023-cü il maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun audit baxışının və auditinin keçirilməsi

"RSM Azerbaijan" MMC

60.000 AZN

06.09.2024 20:52

4

"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" PHŞ

Agentliyin 2023-2024-2025-ci illər üzrə konsolidə edilmiş maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi

"RSM Azerbaijan" MMC

300.900 AZN

03.09.2024 18:35

5

"Azərbaycan Sənaye Korporasiyasi" ASC

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin və bəzi törəmə cəmiyyətlərinin (“Azəralüminium MMC” “Azərpambıq Aqrar Sənaye Kompleksi ” MMC) 2023-2025-ci illər üçün maliyyə hesabatlarının, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun konsolidə edilmiş (birləşdirilmiş) maliyyə hesabatlarının Beynəlxalq Audit Standartları əsasında illik auditinin keçirilməsi xidmətinin satın alınması

"RSM Azerbaijan" MMC

520.380 AZN

02.04.2024 09:43

Cəmi: 1.123.180 AZN

 

1

"Kosmik Agentlik (Azərkosmos)" PHŞ

Maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi

"Baker Tilly Audit Azərbaycan" QSC

94.400 AZN

08.10.2024 10:50

2

"Minatəmizləmə Agentliyi" PHŞ

Maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması

"Baker Tilly Audit Azərbaycan" QSC

29.500 AZN

03.10.2024 09:12

3

"Azərsu" ASC

“Azərsu” ASC-nin daxili vəsaiti hesabına Cəmiyyətin 2023-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının yoxlanılması və aparılmış maliyyə-təsərrüfat əməliyyatların qanunvericiliyə uyğunluluğunun təhlili xidmətlərinin satın alınması

"Baker Tilly Audit Azərbaycan" QSC

174.640 AZN

06.06.2024 17:33

4

“Dövlət Məşğulluq Agentliyi“ PHŞ

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və digər struktur bölmələri üçün 2023, 2024 və 2025-ci illər üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi xidmətlərinin satın alınması

"Baker Tilly Audit Azərbaycan" QSC

247.800 AZN

29.05.2024 10:32

Cəmi: 546.340 AZN

 

1

"Aqrar Tədarük və Təchizat" ASC

2023-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğunluğunun auditi və müstəqil audit rəyinin verilməsi xidmətinin satınalınması

"HLB Azərbaycan" MMC

18.000 AZN

29.08.2024 13:02

2

Əmək Bazari və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya PHŞ

Maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi, müstəqil audit rəyinin verilməsi, məsləhət xidmətlərinin satın alınması

"HLB Azərbaycan" MMC

49.000 AZN

14.06.2024 17:14

Cəmi: 67.000 AZN

 

1

"Azəristiliktəchizat" ASC

“Azəristiliktəchizat” ASC-nin 31 dekabr 2023-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (BMHS) uyğun hazırlanmış konsolidə edilmiş maliyyə hesabatlarının auditini həyata keçirilməsinin satınalınması

"Abacus Audit and Consulting" MMC

14.000 AZN

16.07.2024 18:22

2

"Baki Konqres Mərkəzi" MMC

“Bakı Konqres Mərkəzi” MMCnin 2023-cü ilin maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditini həyata keçirilməsi xidmətlərinin satın alınması

"Abacus Audit and Consulting" MMC

14.600 AZN

20.05.2024 09:46

Cəmi: 28.600 AZN

 

1

"Sahibkarlığın İnkişafı Fondu" PHŞ

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 2024-cü il üzrə maliyyə hesabatlarının auditi xidmətinin satın alınması

"KPMG Audit Azərbaycan" MMC

118.000 AZN

22.10.2024 17:05

2

Maliyyə Nazirliyi

Maliyyə Hesabatlarının Beynəlxalq Standartalarının və İctimai Sektor üçün Beynəlxalq Standartların Azərbaycan dilinə tərcümə edilməsi xidmətinin satın alınması

Professional Maliyyə Menecerləri Assosiyasi İctimai Birliyi

46.722 AZN

24.07.2024 17:09

3

"İnnovasiyalar Mərkəzi" MMC

Beynəlxalq Standartlara (IFRS) uyğun tərtib edilmiş 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması

"Professional Financial Experts" MMC

15.599,6 AZN

06.02.2024 10:38

4

"Dövlət Dəniz və Liman Agentliyi" PHŞ

Dövlәt Dәniz vә Liman Agentliyinin 2023-cü il üzrə maliyyə hesabatlarının auditi xidmətinin satın alınması

"SR Audit Solutions" MMC

13.000,06 AZN

15.08.2024 16:34

Cəmi: 193.321,66 AZN

YEKUN: 1.958.441,66 AZN

Chosen
44
fed.az

1Sources