EN

Suriya prezidenti sabah Türkiyəyə gedəcək

Suriya prezidenti Əhməd əş-Şəraa fevralın 4-də Türkiyəyə səfər edəcək.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesablarında yazıb.

"Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəra prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-də Ankaraya səfər edəcək.

Danışıqlar zamanı Suriyadakı son hadisələr müzakirə olunacaq, iqtisadiyyatın bərpası, Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün iki ölkənin atmalı olduğu birgə addımlar qiymətləndiriləcək", - deyə o, qeyd edib.

Bizim.Media

Chosen
22
10
bizim.media

10Sources