EN

Yanvar ayı üzrə büdcənin gəlir və xərcləri açıqlanıb

2025-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Bu barədə Demokratikmusavat.com  Maliyyə Nazirliyinə istinadən xəbər verir. Belə ki, yanvar ayında dövlət büdcəsinin gəlirləri 4.049.2 min manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 89.1 min manat və ya 2,25 faiz çox olub. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2.259.282,5 min manat, Dövlət Gömrük Xidmətindən 487.139,2 min manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3.335,8 min manat, Dövlət Neft Fondundan transfert isə 1.206.8 min manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57.317,9 min manata, sair daxilolmalar isə 35.363,6 min manata bərabər olub.

​ Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2.339.594,2 min manat təşkil edib ki, bu da aylıq proqnozdan 12.487,1 min manat və ya 0,54 faiz çoxdur.

​ Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

10Sources