EN

Azərbaycan millisinin Belçika və Polşa milliləri ilə oyunlardakı heyəti bilindi

Azərbaycanın qadın basketbol milli komandasının Belçika və Polşa seçmələri ilə oyunlardakı heyəti məlum olub

Final mərhələsi 2025-ci ilin iyununda baş tutacaq qadınlar arasında basketbol üzrə Avropa çempionatının (Eurobasket 2025) seçmə qrup oyunları çərçivəsində 6 fevral səfərdə Belçika və 9 fevral evdə Polşa yığmaları ilə keçirəcəyi son görüşlər üçün millimizin rəsmi heyəti müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, İştirak ərizəsində yer almış 12 qadın basketbolçumuzun adlarını sizə təqdim edirik.

Aylin Niftəliyeva, Angelina İsmayılova, Aylin Əkbərzadə, Səlminaz Ramazanlı, Leyla Allahverdiyeva, Valeriya Kitayeva, Sitarə Abbasova, Elanur Gökçöl, Deniz Gökçöl, Şilan Akbingöl, Aleksandra Mollenhauer və Adilə Yusubova.

Azərbaycan millisinin yaş ortalaması 17.5-dir

Chosen
13
2
operativmedia.az

10Sources