EN

AFFA rəsmisi “Sumqayıt”a seminar keçdi

AFFA-nın Hakimlər Komitəsi tərəfindən “Sumqayıt”a oyun qaydaları ilə bağlı seminar keçirilib.

Msport.az xəbər verir ki, seminarı AFFA-nın Hakimlər Komitəsinin üzvü, sabiq FIFA referisi Anar Salmanov keçib.

O, “gənclik şəhəri” təmsilçisinin əsas komandasının məşqçi və futbolçu heyəti ilə klubun təlim-məşq bazasının iclas zalında görüşüb. Salmanov Premyer Liqada mübarizə aparan komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar barəsində ətraflı məlumat verib.

Chosen
12
6
msport.az

8Sources