EN

MİT Suriyada daha bir terrorçunu zərərsizləşdirdi

 

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) separatçı PKK/YPG-nin Ayn Əl Ərəb üzrə qondarma məsullarından olan "Azad" kod adlı Mahmut Ağcanı Suriyada zərərsizləşdirib. 

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT 2015-ci ildən bəri Türkiyədə həyata keçirilən bəzi terror aktlarını təşkil etdiyi müəyyən edilən terrorçu Ağcanı prioritet hədəf siyahısına daxil edib. 

Suriyanın Ayn Əl Ərəb bölgəsində bir evdə təşkilati görüş keçirdiyi müəyyən edilən Ağca həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.



Chosen
7
trt.net.tr

1Sources