EN

Kitabxana və muzeylərin təsərrüfatdan əldə etdiyi vəsaitdən müxtəlif məqsədlər üçün istifadə ediləcək

Bakı. Trend:

Kitabxana və muzeylərin qanunvericilikdə müəyyən olunmuş qaydadanizamnamələrinə uyğun olaraq məşğul olduqları təsərrüfatdan əldəedilən vəsaitdən müxtəlif məqsədlər üçün istifadə ediləcək.

Trend xəbərverir ki, bununla bağlı məsələ Milli Məclisin 2025-ci il yazsessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilən“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlara təklifolunan dəyişiklikdə öz əksini tapıb.

Belə ki, kitabxanaların qanunvericilikdə müəyyən olunmuş qaydadanizamnamələrinə uyğun olaraq məşğul olduqları təsərrüfatdan əldəedilən vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla)müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə ediləcək.

Həmçinin muzeylərin qanunvericilikdə müəyyən olunmuş qaydadanizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq məşğul olduqlarıtəsərrüfatdan əldə edilən gəlirdən (bələdiyyə mülkiyyətində vəxüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənetdiyi qaydaya uyğun olaraq istifadə ediləcək.

Qüvvədə olan qanunvericiliyə əsasən, kitabxanalarqanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə uyğunolaraq təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər. Bufəaliyyətdən əldə edilən vəsait kitabxananın sərəncamında qalır.Muzeylər də qanunvericilikdə müəyyən olunmuş qaydadanizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq təsərrüfat fəaliyyətiilə də məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən gəlirbütövlükdə muzeylərin sərəncamında qalır.

Qeyd edək ki, qanun layihəsi mədəniyyət müəssisələri tərəfindənbüdcədənkənar fəaliyyətdən əldə edilən gəlirlərin idarə olunmasıilə əlaqədar qanunvericilikdə mövcud ziddiyyətin aradanqaldırılması məqsədilə hazırlanıb. Beləliklə, dəyişikliyə əsasən,sözügedən normativ hüquqi aktların struktur elementləri arasındakolliziya aradan qaldırılır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Chosen
12
az.trend.az

1Sources