EN

SOCAR istiqrazları sahiblərinin qazancı 14 milyon dolları ötüb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə daxilikapital bazarları üçün buraxdığı ikinci SOCAR İstiqrazlarının2025-ci il üzrə 1 milyon 125 min dollarlıq ilk kupon ödənişi 3fevral tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb(emissiya prospektinə əsasən, kupon ödənişi tarixi qeyri-iş gününətəsadüf edərsə, ödəniş növbəti ilk iş günü həyata keçirilir).

Trend bu barədə SOCAR-a istinadən məlumatverir.

Məlumata görə, 8 ildən artıqdır ki, Bakı Fond Birjasında ən çoxticarət olunan korporativ istiqraz statusuna sahib SOCARİstiqrazlarının 13-cü kupon ödənişi nəticəsində sahiblərinəqazandırdığı gəlir 14 milyon 625 min ABŞ dollarına yüksəlib(tədavül müddətinin sonunda toplam gəlir 22.5 milyon dollar təşkiledəcək.)

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki,istiqrazların növbəti kupon ödənişi 2025-ci ilin 1 may tarixindəbaş tutacaq.

Xatırladaq ki, yanvar ayının 15-dən etibarən SOCAR tərəfindən"yaşıl” enerji layihələrini dəstəkləmək məqsədilə “yaşıl” təyinatlıyeni istiqrazlarının abunə yazılışına start verilib. “Yaşıl”istiqrazların anderrayterliyini “PAŞA Kapital” İnvestisiya Şirkətiedir. SOCAR, “Yaşıl Gəlir, Yaşıl Gələcək” devizi altında buraxdığıbu istiqrazları ilə yerli investorlara etibarlı və stabil gəlirimkanı qazandırmaqla yanaşı, ekoloji cəhətdən təmiz enerjimənbələrinin inkişafını dəstəkləmək, ölkəmizin “yaşıl” enerjisahəsindəki təşəbbüslərinə töhfə vermək niyyətindədir.

Məqalədə:
Chosen
21
6
az.trend.az

8Sources