EN

Avropada erməni çörəyi yeyənlər İmişli hadisələrini başqa istiqamətə yönəltdilər - Deputat

Bakı. Trend:

Avropada erməni çörəyi yeyənlər, Azərbaycandakı bəzi qüvvələrİmişli hadisələrini başqa istiqamətə yönəltdilər.

Trend xəbərverir ki, bunu Milli Məclisin 2025-ci il yaz sessiyasının bu günkeçirilən ilk plenar iclasında çıxışı zamanı zamanı deputat SiyavuşNovruzov deyib.

Deputat bildirib ki, qəzanı törədən şəxs belə hadisənin olmasınıistəməzdi:

“Rayon mərkəzindən 3 kilometr aralıda olan icra başçısı, polisrəisi niyə hadisə yerinə gəlmir? Prokurordan başqa heç kimcamahatın qarşısına çıxmadı. Əksinə onların qarşısına polisçıxardılar, daha da onları qıcıqlandırdılar. Camahatın qarşısınaçıxıb onları başa salmaq lazımdır.

18 nəfər həbs olunub. Xahiş edirəm ki, hüquq-mühafizə orqanlarıonları bağışlasın, cavan uşaqdırlar, evlərinə getsinlər. Rayonrəhbərliyi insanların qarşısında olmalıdır. Əgər onların insanlarınqarşısına çıxmağa üzü yoxdursa, ərizəsini yazıb işdənçıxsınlar”.

Məqalədə:
Chosen
18
az.trend.az

1Sources