EN

"Kitabxana işi haqqında" və "Muzeylər haqqında" qanunlara dəyişiklik son oxunuşda qəbul edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kitabxana və muzeylərin qanunvericilikdə müəyyən olunan qaydada məşğul olduqları təsərrüfat fəaliyyətindən əldə edilən vəsait onların sərəncamında qalacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən ilk iclasında "Kitabxana işi haqqında" və "Muzeylər haqqında" qanunlara dəyişikliklər haqqında layihə üçüncü oxunuşda müzakirə edilib.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən istifadə Qaydası"nın 3.1-ci bəndinə görə isə qurum əldə etdiyi vəsaitdən müvafiq qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra sərəncamında qalan vəsaiti ilk növbədə fəaliyyətinin, o cümlədən işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsinə istifadə edir.
Beləliklə, təsbit olunması nəzərdə tutulan dəyişikliyə əsasən, sözügedən normativ hüquqi aktların struktur elementləri arasında kolliziya aradan qaldırılır.
Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Mərahim Nəsib
Chosen
17
50
oxu.az

10Sources