EN

Naxçıvanda 43 yaşlı kişi dispanserdə intihar etdi

Naxçıvanda 43 yaşlı kişi dispanserdə intihar edib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində baş verib. 2009-cu ildən bu xəstəxanada qeydiyyatda olan Naxçıvan şəhər sakini, 1982-ci il təvəllüdlü Bəxtiyar Eldar oğlu Həsənov özünü asaraq intihar edib.

O, yanvarın 31-də öz ərizəsi əsasında dispanserə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
26
16
avtosfer.az

10Sources