EN

Sosial şəbəkələrdə paylaşılan videoları araşdıracağıq - Məzahir Pənahov

Bakı. Trend:

Sosial şəbəkələrdə paylaşılan videoları araşdıracağıq.

Trend xəbər verir ki, bunuMərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu günkeçirilən iclasında deyib.

O bildirib ki, sosial şəbəkələrdə seçkilərlə bağlı edilənpaylaşımlar haqqında şikayətlər irəli sürməyə ehtiyac yoxdur.

“Bizim bununla bağlı işçi qrupumuz yaradılıb və həminpaylaşımların hər birini qeyd edirlər. Hər biri üzrə araşdırmaaparılacaq”,- deyə o əlavə edib.

Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyəseçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumataəsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndanistifadə edib, seçici fəallığı 31,45 % olub.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Chosen
8
az.trend.az

1Sources