EN

Siyavuş Novruzov İmişlinin icra başçısına, İmişlinin deputatı Siyavuş Novruzova od püskürdü - DEPUTATLAR ARASINDA QALMAQAL

"Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik".

Bu barədə İmişlini Milli Məclisdə təmsil edən deputat Razi Nurullayev öz Facebook səhifəsində yazıb. Nurullayev bildirib ki, Siyavuş Novruzovun bu günkü çıxışında "İmişli deputatatları ilə söhbət etmişəm, onları mənə deyib" fikri tam olaraq kökündən yanlış idi:

"Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın.

Siyavuş müəllim, bu cür yanlışlıq etməklə, özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm. Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum".

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov İmişli rayonunda baş verən məlum hadisədən bəhs edib.

O, bildirib ki, heç kəs bilərəkdən kiminsə balasını öldürmək istəməzdi, həmçinin qəzada iştirak edənlər.

S.Novruzov ardınca deyib ki, məktəblilərin həlak olması ilə nəticələnən yol qəzasının baş verdiyi ərazi rayon mərkəzindən 3 km aralıdadır:

Chosen
17
21
aznews.az

10Sources