EN

Bu müraciət Vətənə sevginin işığıdır

Böyük tarixi şəxsiyyət Heydər Əliyev dünya azərbaycanlılarını eyni məfkurə ətrafında birləşdirmək üçün Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsini tövsiyə etdi. Ən böyük azərbaycanlının bu tövsiyəsi yerinə yetirildi, dekabrın 31-i bu niyyətin günü kimi tarixləşdi. Hər ilin 31 dekabrı dövlət başçısının xalqa müraciət-təbriki Azərbaycan dövlətçiliyinin sabahlarına inam kimi dinlənilir...

Dövlət başçımız 2024-cü il dekabr ayının 31də xalqa müraciətdə 2025-ci ili suverenliymizin bərpası baxımından əlamətdar il adlandıraraq İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, Ermənistan silahlı qüvvələrinin istifadəsində olan hərbi infrastrukturun zərərsizləşdirilməsindən, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərindən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror əməliyyatı aparmasından, Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşunun tam bərpa edilməsindən söz açaraq dedi ki, “...Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğaldan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbycan-Ermənistan münasibətində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəsərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin  bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qazqazda yeni yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”...

Dövlət başçımızın Azərbaycan gerçəklikləri ilə dünyəvi proseslər arasında zəruri siyasi əlaqə yaradan bu müraciəti təkcə siyasi mahiyyətə deyil, həm də bəşəri mahiyyətə malikdir. Müraciət dünyanın Azərbaycan Ordusunun gücü ilə düzəlmiş nizamının pozulmasına qarşı dünyəvi siyasi xarici siyasətin gərəkliyini azərbaycançılıq heysiyyəti ilə xatırladır; azərbaycançılığın bəşərilik olduğunu dünyanın çox dövlətləri etiraf edib...

Dekabrın 31-də nəvəm Bəhramla Şəhidlər Xiyabanındaydım. Bəhramın baxışları şəkil-oğulların baxışlarına sarılmışdı. “Bunlar kimdi,baba?” – soruşdu. Kirpiklərim nəmləndi, “Dayılarındı, əmilərindi...” dedim. Mənə baxdı, sonra yenə şəkil-oğullara. Əlindəki qərənfillər titrəyirdi. “Nə qədər dayım, əmim var!” dedi. Əlimdən yapışdı. Ötən ilin sonuncu günü uşaqların düşüncələrində vətənpərvərlik odasına döndü...

Xalqın sözü ictimaiyyətin, cəmiyyətin tarixə bəyanatıdı. Tarixə deyilir ki, hər dövlət “öz yükünü götürsün”. Azərbycanı sevənlər sevgi yükünü, sevməyənlər layiq olduğu yükü. Xalqın dediyini, dövlətin dediyini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə ümumiləşdirmişdi: “Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın”. Yaranmadı. Ermənilərin yaratmaq istədiyi əsası heç bir siaysi, hüquqi, tarixi, etnoqrafik özülü olmayan dövlət – ermənilərin “Daqlıq Qarabağ Respublikası” adlandırdığı qurum tanınmadan 2023-cü il senrtabrın 21-də ləğv olundu, tarixə necə pərçimlədilmişdisə, elə də sökülüb atıldı. Azərbaycanda ikinci erməni dövləti yarana bilməzdi, yaranmadı da! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il dekabrın 31-də xalqa müraciəti də bu qürurun hesabatı kimi dinlənildi, Vətənin adından dinlənildi!..

Xatırlayıram ki, qızım uşaq olanda hər bayramda hamıdan əvvəl qonşumuz Səmədin qapısını döyərdi, onu, gəlinini, nəvəsi Mahiri təbrik edərdi, qayıdanda yanaqlarında göz yaşları görərdik; Mahir sinif yoldaşı idi, atası Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu müarciəti şəhidliyin nə olduğunu dərk edənlərə də, şəhid ailələrinə də təsəllidi – dövlətin təsəllisi, Vətənin təsəllisi...

Bu müraciət müharibəli illərin sonlarında Zəfər üvertürası kimi dinlənildi. Bu müraciətin mahiyyəti dünya azərbaycanlılarını, Azərbaycan vətəndaşlarını təbrik etməklə bir sırada onların ruhunu bayraqlaşdırmaq idi; ərazi bütövlüyü tam bərpa olunmuş məmləkətimizdə ruhumuz göy üzünün heyrət bayrağı olmalı idi! Oldu da! Bu müraciət inamdı, etimaddı, etibardı,  sədaqətdi!..  

Dünya Azərbaycanlıları da, Azərbaycanı sevən dövlətlər də, xarici siyasəti bəşəriliyə əsaslanan dövlətlər də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn il hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb” fikirlərini Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığının qarantı bilir. Gələn il Qarabağa və Şərqi Zəngəzura 4 milyard manat ayırılacağı da eyni ovqat yaratdı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa 31 dekabr müraciəti təsdiqlədi ki, dövlət xalqın dövlətidi, dövlət-xalq birliyi azərbaycançılıq əsasında formalaşıb. Bu müraciət onu da təsdiqlədi ki, dövlət başçısı xalqa güvənir, xalq dövlət başçısına inanır. Bu münasibət sədaqətin münasibətidir...

Duyanlar o gecə ruhən Dədə Qorqudun ruhunun nəsihətini də eşidirdi –  “Torpağı qoruyun, əkib-becərin! Elə qoruyun ki, sərhədlərinizin bu üzündə yad atları kişnəməsin!”, alğışını da – “Axar bulaqlarınız qurumasın! Qaçaraqda kəhər atlarınız büdəməsin! Torpaqlarınız quzulamasın! Sal daşlarınız göyərməsin!”...

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa bu müraciəti Azərbaycanın sabahlarına inamın, ehtiramın, sevginin müraciətidi. Hər bir azərbaycanlı bu müraciətin mahiyyətini özünə Vətən sevgisinin işığı bilir. Azərbaycanın daha güclü dövlət olacağına hamı inanır!..

Bu müraciət Vətənə sevginin işığıdır!..

 Rəşid FAXRALI

 

Chosen
5
herbiand.az

1Sources