EN

Köpək balığı uşağı parçaladı

Oxu24.com news.com.au saytına istinadən  xəbər verir ki, Avstraliyada çimərlikdə köpək balığının hücumuna məruz qalan qız ölüb.

Fevralın 3-ü günorta saatlarında Bribie adasının sahilində köpəkbalığı 17 yaşlı qıza hücum edib. Hadisə yerinə gələn həkimlər  xəsarətlər alan yeniyetməni xilas edə bilməyiblər.

Faciənin baş verdiyi çimərlik adanın şərq tərəfində yerləşir və məşhur sörfinq yeridir.

Bundan əvvəl, yanvarın 29-da Avstraliyadan olan 12 yaşlı uşağın köpək balığının hücumuna məruz qalması barədə məlumat yayılmışdı. Həkimlərin səyi nəticəsində o, sağ qala bilib.

 

Nigar

 

Chosen
21
oxu24.com

1Sources