EN

"Sumqayıt" ekvadorlu futbolçu ilə vidalaşıb

Bakı, 3 fevral, AZƏRTAC

"Sumqayıt" komandası futbolçusu Jordan Rezabala ilə vidalaşıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, müqavilə müddəti başa çatan ekvadorlu yarımmüdafiəçi ilə yeni anlaşma əldə olunmayıb.

O, “Sumqayıt”ın heyətində bu mövsüm 20 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
3
2
azertag.az

3Sources