EN

Sadiq Şəfiyev yenidən “Kəpəz”də

“Turan Tovuz”un gənc hücumçusu Sadiq Şəfiyev bundan sonra Premyer Liqanın digər təmsilçisi “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumda bildirilir ki, “Kəpəz” Sadiq Şəfiyevlə müqavilə bağlayıb. Futbolçu “Turan Tovuz”dan mövsümün sonuna kimi icarəyə götürülüb.

19 yaşlı hücumçu Gəncə futbol məktəbinin yetirməsidir. O, 2020-2021-ci illərdə “Kəpəz”in əsas komandasının heyətində çıxış edib.

Sadiq Şəfiyev Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının da şərəfini qoruyub.

Xatırladaq ki, “Kəpəz” Sadiq Şəfiyevdən öncə Rati Ardazişvili (“Samtrediya”, Gürcüstan), Şervoni Mabatşoev (“İstiklol”, Tacikistan) və Trent Buhaqyarı (“Breşiya”, İtaliya) da heyətinə qatmışdı. Orxan Əliyev (“Turan Tovuz”), Lassana Ndiaye və Redon Mihana isə Gəncə klubunu tərk ediblər. Mahir Həsənov da “Difai”yə icarəyə verilib.

Chosen
32
arena.az

1Sources