EN

Zaur Hüseynov istintaqa cəlb edilir? – “Metropoliten”dəki yeyinti ilə bağlı araşdırma başladı

Son vaxtlar Hesablama Palatasının ayrı-ayrı dövlət qurumlarında üzə çıxardığı böyük məbləğdə mənimsə faktları mediada əksini tapır. Bu kontekstdə gündəmə gələn məsələ isə “Bakı Metropoliteni” QSC-də həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanların aşkar edilməsidir. Bütün bunların fonunda məsuliyyətli şəxslərin həbs olunmaması isə diqqətçəkən məqamdır.

Metropolitenin keçmiş rəhbərinin vaxtında bu cür şişirdilmiş faktlar ortaya çıxıb. Zaur Hüseynovun həbs olunub-olunmayacağı haqda mediada, sosial şəbəkələrdə müzakirələr gedir.

Bu ilk fakt deyil. İndiyə kimi dəfələrlə oxşar hallar baş verib. Amma saxlanan, cəzalanan çox azdır, ya da heç yoxdur. Bunun səbəbi nədir?

Ekologiya.az bildirir ki, Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, Hesablama Palatasının ayrı-ayrı dövlət qurumlarında üzə çıxartdığı mənimsəmə faktlarına görə, cinayət işi qaldırması kimi səlahiyyəti yoxdur:


İqbal Ağazadə

“Hesablama Palatası cinayət əməli və ya qanun pozuntusu hesab etdiyi hər hansı faktı Respublika Prokurorluğuna təqdim etməlidir. O da öz növbəsində bununla bağlı cinayət işinin qaldırılması, yaxud da istintaqın aparılması kimi hüquqi hərəkətlərə keçməlidir. Hesablama Palatası aşkar etdiyi qanun pozuntularını Baş Prokurorluğa niyə təqdim etməyib? Bu sualın cavabını verməlidirlər. Prosedur gərəyi Hesablama Palatası üzə dövlət orqanlarında üzə çıxartdığı mənimsəmə faktlarını və ya qanun pozuntularına görə, səlahiyyətli dövlət qurumlarına, Baş Prokurorluğa müraciət etməlidir”


Hüquqi və Siyasi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib ki, vaxtaşırı Hesablama Palatasının ayrı-ayrı dövlət qurumlarında səlahiyyətlərinə uyğun olaraq apardığı araşdırmalar nəticəsində bəzi xoşagəlməz, qanuna və hüquqa zidd addımların şahidi oluruq. Bununla bağlı ictimaiyyət məlumatlandırılır:


Xəyal Bəşirov

“Ümumi proseslərin məntiqi nəticəsi olmalıdır. Araşdırma aparılırsa, qanuna zidd əməllər müəyyən edilirsə, dövlət büdcəsindən müəyyən ayrılmalar və bunların təyinatı üzrə istifadə edilməməsi, yaxud qiymətlərin, xərclərin şişirdilməsi və s. yollarla öz şəxsi maraqlarına xidmət edən addımlar atmaq kimi hallara yol verildiyi aşkara çıxarılır. Son olaraq Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb. Bununla bağlı məsuliyyətli şəxslər üçün ibtidai araşdırmalar aparılır. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Hər kəs qanun qarşısında bərabərdir.

Dünyanın hər yerində sözügedən hallar yaşanır. Heç bir ölkə korrupsiya, mənimsəmə və sairdən sığortalanmayıb. Cinayət qanunvericiliyində cəzanın tətbiq edilməsində məqsəd sosial ədalətin bərpası və məhkumun islah edilməsi ilə yanaşı həmin şəxs və digərləri tərəfindən eyni addımların atılmaması məqsədi daşıyır. Yəni nümunə götürüb sözügedən əməllərdən qaçılması məqsədi güdür”.

Chosen
17
1
ekologiya.az

2Sources