Türkiyənin məşhur müğənnisi Merve Özbeyin əri, iş adamı Kənan Koçak ötən gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, məlumata görə, Koçakın saxlanılmasına səbəb onun "Sallarlar" cinayətkar təşkilatının üzvünün xaricə qaçmasına kömək etməsi olub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir.
Qeyd edək ki, Merve Özbey və Kənan Koçak 2020-ci ildə evləniblər və iki övlad sahibidirlər.
Fidan
Milli.Az