EN

Məşhur mahnı müsabiqəsi bu il Rusiyada keçiriləcək

Bu il “İntervision” beynəlxalq musiqi müsabiqəsi Moskvada keçiriləcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.

Sənəddə qeyd olunub ki, müsabiqə “beynəlxalq mədəni-humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə” keçiriləcək.

Baş nazirin müavini Dmitri Çernışenko isə tədbirin təşkilat komitəsinin sədri təyin edilib. 

Chosen
14
7
qafqazinfo.az

8Sources