“Milan” “Feyenoord”dan Santyaqo Ximenezi transfer edib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat ximdəti məlumat yayıb. İtaliya klubu 23 yaşlı mərkəz hücumçusu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb. “Rossonyerilər” meksikalı futbolçuya görə bonuslar da daxil olmaqla 35 milyon avrodan çox pul ödəyəcək.
Qeyd edək ki, Ximenez bu mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 16 qol vurub və 3 qolun ötürməsini verib.