EN

İmişlidə bir kənd bələdiyyəsi üzrə seçkilərin nəticələri ləğv edildi

Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib.

Bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib:

"Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. MSK-nın qərarına əsasən, bu məntəqələrdə seçkinin nəticələri etibarsız sayılıb".

Sonda Bəcirəvan kənd bələdiyyəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi qərara alınıb.
Chosen
31
47
7news.az

10Sources