EN

Maskdan İDDİA: Covid-19 pandemiyasını bu agentlik maliyyələşdirirdi

Mask X sosial media hesabında son vaxtlar gündəmdə olan USAID ilə bağlı paylaşım edib.

Turkustan.az xəbər verir ki, paylaşımında Mask, "Bilirdinizmi ki, USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) milyonlarla insanın ölümünə səbəb olan Covid-19 da daxil olmaqla bioloji silah tədqiqatlarını maliyyələşdirmək üçün vergi dollarlarınızdan istifadə edir?" ifadəsini işlədib.

Mask, ABŞ-ın "EcoHealth Alliance Group" vasitəsilə USAID-i Covid-19 epidemiyasının istehsal olunduğu iddia edilən Çinin Wuhan şəhərindəki laboratoriyalara milyonlarla dollar köçürməkdə günahlandırır.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Donald Trampın USAID-i ABŞ Dövlət Departamenti ilə əlaqələndirəcək sərəncamı 10 min işçisi və 40 milyard dollar büdcəsi olan USAID-in işçilərini ixtisar edəcək və agentliyin muxtariyyətini məhdudlaşdıracaq.

Həmçinin Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) USAID məlumatlarına çıxışında problem yaradan agentlik administratorları inzibati məzuniyyətə buraxılıblar.

Aytən Yaşar/ Turkustan.az

Chosen
19
turkustan.az

1Sources