EN

AFFA prezidenti təcili binaya gəldi, toplantı keçirdi, federasiyanı yeni kadrına tapşırdı

Sərxan Hacıyevin AFFA-nın baş katib postundan getməsi barədə yaydığımız xəbərin üstündən saatlar keçib.

Gündəə bomba kimi düşən məlumat əvvəlcə təkzib olunsa da, bir qədər öncə müxtəlif mətbu orqanlar verdiyimiz informasiyanın doğruluğunu təsdiqləməkdədir.

Qurumun baş katibi vəzifəsinə Cahangir Fərəcullayev təyin olunub. AFFA prezidenti Rövşən Nəcəf bu məqsədlə bu gün günorta saatlarında federasiyanın inzibati binasına təşrif buyurub və qapalı toplantı keçirib.

O, yeni idarəçini kollektivə təqdim edib, eyni zamanda bildirib ki, S.Hacıyev icraçı vitse-prezident kimi fəaliyyətini davam etdirəcək.

Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb.

2004-2019-cu illərdə "Deniz Service", "Engin", "Gametv Prodüser Mərkəzi", "AGBank", "Novartis", "Sandoz" və "JTI Azərbaycan" şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil məsləhətçi kimi çıxış edib.

2019-2020 illərdə "Topaz" şirkətinin baş direktoru olub. 2021-ci ildən indiyə qədər "Azərlotereya" ASC-də baş direktorun müşaviri və LMK şirkətində baş direktor vəzifəsində çalışıb.

SPORTİNFO.AZ

Chosen
36
sportinfo.az

1Sources