EN

Türkiyə və Macarıstan müdafiə sənayesi əməkdaşlığını gücləndirir

Bakı, TurkicWorld

Türkiyə və Macarıstanın ortaq maraqlarına xidmət edəcək yeni əməkdaşlığın toxumlarını əkdik.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Türkiyə-Macarıstan Müdafiə İnnovasiyaları İşçi Qrupunun 1-ci nazirlər iclasında deyib.

Kacır, prezident Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orbanın göstərdiyi güclü iradə ilə müdafiə sənayesi və innovasiyanı iki ölkə arasında əməkdaşlığın prioritet sahələri kimi müəyyənləşdirdiklərini bildirib.

Kacır, Macarıstanın Türkiyə üçün dəyərli dost, mühüm ticarət və investisiya tərəfdaşı olduğunu qeyd edib.

"2002-ci ildə Macarıstanla olan 524 milyon dollar ticarət həcmimizi 22 ildə təxminən 8 dəfə artıraraq 4,4 milyardı keçdik. Bu rəqəm, ortaq anlayışımızın önəmli bir nəticəsidir.",- deyə o bildirib.

Kacır bildirib ki, müdafiə sənayesi ekosistemində yüksək əməkdaşlıq və beynəlxalq standartlarda istehsal qabiliyyəti təkcə Türkiyənin deyil, həm də dost və müttəfiq ölkələrin müdafiə ehtiyacları üçün həllərin hazırlanmasına imkan yaradır.

Chosen
21
turkic.world

1Sources