ADP radikal dini-ekstremist qrupun arxasında Rusiyanın dayandığını bildirib...Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ötən həftə ərzindəregionda və dünyada baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə olunub.İdarə Heyəti ilk öncə DTX və DİN əməkdaşlarının Qusar rayonu ərazisində beynəlxalqterror təşkilatları ilə əlaqəli olan bir qrup radikal dini-ekstremist qrupa qarşı keçirdiyi əməliyyatımüzakirə edib. Müzakirələrdə bu əməliyyat Azərbaycanın xarici təhlükəsizliyinin təminolunması istiqamətində uğurlu addım kimi dəyərləndirilib. Qeyd edilib ki, bu tipli terrorçuqrupları himayə edən, onları silahlandıran və siyasi dəstək verən xarici dövlətlərdir, bundanəvvəl də Şimal bölgəmizdə Rusiya tərəfindən dəstəklənən silahlı qrupların təxribatlar törətdiyininəzərə alsaq, bu silahlı terror qruplaşmasının da arxasında heç şübhəsiz ki, Rusiya dayanır.Toplantı iştirakçıları bu tipli silahlı qruplaşmalara qarşı bundan sonra da əməliyyatların davametdirilməsinin vacibliyini qeyd ediblər.İdarə Heyəti ötən həftə qonşu Gürcüstan dövlətinin xarici işlər naziri M.BojorişvilininErmənistana rəsmi səfəri çərçivəsində qondarma “erməni soyqırımı” memorial kompleksiniziyarət etməsini də müzakirə edib. Müzakirələrdə bu hadisənin Azərbaycan və Gürcüstandostluğuna ciddi zərbə vurduğu, baş verənlərin Gürcüstanın yeni hökumətinin Azərbaycanlamünasibətlərində səmimi olmadığı, Türkiyə və Azərbaycanın Gürcüstana göstərdiyi diqqət vəqayğı müqabilində xarici işlər nazirinin belə bir addım atması ilə Gürcüstanın Türkiyə vəAzərbaycanla münasibətlərinə gölgə saldığı ifadə edilib.İdarə Heyəti Rusiyanın Baş nazirinin müavini A.Overçukun Azərbaycan-Ermənistanarasında sərhədlərin dəqiqləşdirilməsi üçün Rusiyanın kartoqrafik materialları təqdim etməyəhazır olması ilə bağlı verdiyi bəyanata da münasibət bildirib. İdarə Heyəti hesab edib ki,Rusiyanın Azərbaycan Ermənistan arasındakı sərhədlərin dəqiqləşdirilməsinə və sülhdanışıqlarının aparılmasına müdaxiləsi yalnız bu münasibətlərin daha da korlanmasına vəsərhədlərin dəqiqləşdirilməsi prosesinin uzun müddət davam etməsinə gətirib çıxaracaq. İdarəHeyəti Rusiyanın Cənubi Qafqaza təsirinin azalmasının bölgə ölkələrinin azadlığı və suverenliyibaxımdan müstəsna əhəmiyyətə malik olduğunu nəzərə alaraq, Azərbaycan və Ermənistanrəhbərliyini Rusiyanın sərhədlərin dəqiqləşdirilməsi və sülh danışıqlarının aparılması prosesindəhər hansı bir qaydada iştirakından birmənalı şəkildə imtina etməyə çağırıb.İdarə Heyəti Azərbaycan prezidetinin köməkçisi H.Hacıyevin qonşu İran dövlətinə baştutan rəsmi səfəri ətrafında müzakirə aparıb. Müzakirələrdə bu səfər çərçivəsində bir sıra yüksəksəviyyəli görüşlərin keçirilməsinin və İranın prezidenti M.Pezeşkianın Azərbaycana dəvətedilməsinin İran-Azərbaycan münasibətlərinin yoluna qoyulmasına mühüm töhvə verəcəyinəəminlik ifadə edlib. Eyni zamanda son zamanlar İranda Azərbaycan türklərinə qarşı təqiramizkampaniyanın aparılmasından narahatçılığını ifadə edən toplantı iştirakçıları qeyd edib ki,Azərbaycan türkləri Cənubda və ya Şimalda yaşamasından asılı olmayaraq eyni bir millətdir,Cənubda bu millətə qarşı hər hansı bir təhqir, həmdə Şimalda yaşayan Azərbaycan türklərinəolan bir münasibətdir. İdarə Heyəti baş verənləri qətiyyətlə pisləyərək, bu cür çirkinkampaniyanı aparan şəxslərə qarşı ciddi tədbirlər görülməsini və Azərbaycan xalqından üzristənilməsini İran hökumətindən tələb edib. Əks halda bu tipli davranışların Azərbaycan-İranmünasibətlərində çox ciddi problemlərin yaranmasına gətirib çıxaracağını qeyd edib.İdarə Heyəti ABŞ prezidenti D.Trampın fələstinlilərin Qəzzadan Misir və İordaniyayaköçürülməsi təşəbbüsünə də münasibət açıqlayıb. İdarə Heyəti bu təşəbbüsü qeyri-humanistaddım, deportasiya, xalqların öz vətənlərində yaşamaq hüququna ciddi zərbə kimidəyərləndirərək, eyni zamanda bunun dünyada arzuolunmaz zəncirvari nəticələrə gətiribçıxaracağını bildirərək qətiyyətlə pisləyib, bölgədə davamlı sülhün və təhlükəsizliyin təminedilməsi üçün Fələstin dövlətinin yaradılmasının vacibliyini bir daha qeyd edib.İdarə Heyəti ötən həftə Kanada Xarici işlər nazirinin rəsmi Bakıya ““erməni əsirləri”azad etməyə, Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə və erməni mülkiəhalinin təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtmasına” çağırışına münasibətbildirib. Bu çağırşın heç bir hüquqi və siyasi əsasının olmadığına diqqət çəkən müzakirəiştirakçıları qeyd edib ki, Qarabağdan ermənilər birbaşa Ermənistan dövlətinin tapşırığı əsasındakönüllü çıxıb, Azərbaycan dəfələrlə reinteqrasiya təklifi etməsinə baxmayaraq, heç bir erməniAzərbaycana inteqrasiya etmək istəməyib. Ona görə də regiondan min kilometrlərlə uzaqda olanbir dövlətin Azərbaycan Ermənistan münasibətlərinə müdaxiləsi Kanada-Azərbaycanmünasibətlərinə də mənfi təsir göstərir.İdarə Heyəti son zamanlar Rusiya və Ukrayna arasında davam edən müharibənindayandırılması ilə bağlı ABŞ ilə Rusiya arasında danışıqların keçiriləcəyi ilə bağlı məsələni dəmüzakirə edib. İdarə Heyəti hesab edib ki, Ukraynanın iştirakı olmadan Rusiya ilə sülhdanışıqlarının aparılması məqsədə müvafiq deyil və Ukraynanın şərtləri gözardı edilməməlidir.İdarə Heyəti Rusiyanın bu günkü işğalçılıq hərəkətlərini nəinki regionun, bütövlükdə dünyanıntəhlükəsizliyini təhdid etdiyini qeyd edərək bu işğalçı dövlətə qarşı daha təsirli tədbirləringörülməsinin vacibliyini qeyd edib.İdarə Heyəti ötən həftə Türkiyədə Ankara, Bakı və Daşkənd arasında strateji tərəfdaşlığınvə əməkdaşlığın bir çox istiqamətləri, xüsusilə Türkiyə, Azərbaycan və Özbəkstanın suverenliyi,ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə bağlı Bəyannamənin imzalanmasını təqdir edibvə digər türk dövlətləri ilə də anoloji müqavilənin bağlanmasının vacibliyini bildirib.