EN

Rutte NATO-nu müharibənin qarşısını almaq üçün müdafiə xərclərini artırmağa çağırıb

NATO-ya üzv dövlətlər müharibənin qarşısını almaq üçün müdafiə xərclərini artırmalıdırlar.

APA xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Brüsseldə Böyük Britaniyanın baş naziri Key Starmerlə keçirdiyi mətbuat konfransında deyib.

"Müharibənin qarşısını almaq üçün biz daha çox xərcləməliyik. ÜDM-nin 2%-i bizi təhlükəsiz saxlamaq üçün kifayət deyil. Biz əhəmiyyətli dərəcədə daha çox xərcləməliyik", - deyə Rutte əlavə edib.

Chosen
43
1
apa.az

2Sources