EN

Türkiyənin bu şəhərində dağıdıcı zəlzələ XƏBƏRDARLIĞI

Türkiyənin İzmir şəhərində dağıdıcı zəlzələ ola bilər.

Modern.az xəbər verir ki, bu barədə Geofizika Mühəndisləri Palatasının İzmir şöbəsinin rəhbəri Sinancan Öziçer Türkiyə mətbuatına açıqlamasında bildirib..

O qeyd edib ki, İzmir İstanbuldan daha çox risk altındadır.

Öziçer bildirib ki, İzmirdə qalınlığı 120 metrə qədər olan allüvial çöküntülərdən ibarət olan torpaq seysmik dalğaların amplitudasını gücləndirərək binaları daha həssas edir.

O, regionda 20-22 saniyə davam edən 6,9 bal gücündə zəlzələnin ola biləcəyini proqnozlaşdırır.

Chosen
2
8
modern.az

9Sources