EN

"Borussiya" "Çelsi"nin müdafiəçisini icarəyə götürüb

"Borussiya Dortmund" klubu "Çelsi"dən müdafiəçi Carnie Çukvuemekanı icarəyə götürüb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə futbolçunun birdəfəlik almaq şərti ilə 2024/2025 mövsümünün sonuna qədər nəzərdə tutulub. 

21 yaşlı futbolçu bu mövsüm "Çelsi"də cəmi 5 matçda iştirak edib. Ancaq müdafiəçi Premyer Liqada oynamayıb - o, yalnız Liqa Kuboku və Konfrans Liqası oyunlarında meydana çıxıb. "Borussiya" hazırda Bundesliqa turnir cədvəlində cəmi 11-ci yerdədir. Komanda növbəti çempionat matçını şənbə günü, fevralın 8-də doğma meydanda “Ştutqart”a qarşı keçirəcək.

Chosen
7
90deqiqe.az

1Sources