Bakı. Trend:
2024-cü ildə aviasiyada dünya üzrə sərnişin daşımaları 10,4 faizartıb.
Trend xəbər verir ki, bubarədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) illikhesabatında bildirilir.
Hesabat müəlliflərinə görə, 2024-cü ildə sərnişin daşımaları2019-cu ildəkindən 3,8 faiz artıq olub.
340 aviaşirkəti birləşdirən təşkilat qeyd edir ki, 2024-cü ildədünyada hava nəqliyyatı ilə 4,89 milyard nəfərdən çox sərnişindaşınıb. Bu göstərici 2023-cü ildə 4,44 milyard, 2019-cu ildə 4,54milyard nəfər təşkil edib. 2020-ci ildə isə aviasiya ilə daşınansərnişin sayı koronavirus pandemiyasına görə 1,78 milyard nəfərədüşmüşdü.
Təşkilat bu il sərnişin sayının 8 faiz artacağınıproqnozlaşdırır.