EN

Azərbaycan Astanada gömrük mütəxəssislərinin iclasında iştirak edib

Astana, 4 fevral, AZƏRTAC

Astanada gömrük sahəsində risklərin idarə olunması üzrə mütəxəssis məşqçilərin İşçi Qrupunun ikinci iclası başlayıb.

AZƏRTAC Qazaxıstanın Maliyyə Nazirliyinin Dövlət gəlirləri komitəsinə istinadla xəbər verir ki, tədbirdə Azərbaycandan olan nümayəndələr də iştirak ediblər.

İclasda gömrük işi sahəsində aparıcı mütəxəssislər və Ümumdünya Gömrük Təşkilatının müxtəlif ölkələrdən olan risklərin idarə olunması üzrə mütəxəssislər öz fikirlərini bölüşüblər.

Tədbirin əsas hədəfi gömrük kadrlarının professional bacarıqlarını gücləndirmək, risklərin effektiv idarə edilməsi bacarıqlarını inkişaf etdirmək və malların buraxılış vaxtının monitorinq və analiz mexanizmini təkmilləşdirməkdir.

İclas fevralın 7-dək davam edəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
25
1
azertag.az

2Sources