EN

Dmitri Peskov: "Putin-Tramp görüşünün təşkilində irəliləyiş yoxdur"

Dmitri Peskov Rusiya tərəfinin BƏƏ və Səudiyyə Ərəbistanını Putin və Tramp arasında danışıqlar üçün mümkün məkanlar kimi nəzərdən keçirdiyinə dair xəbəri şərh edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında mümkün görüşlə bağlı yeni məlumatın olmadığını bildirib.

"Operativ Media" xəbər verir ki, Kremlin sözçüsü bu haqda RBC-yə danışıb.

"Belə bir görüşün keçiriləcəyi yeri müzakirə etməzdən əvvəl ilk növbədə görüşün nədən ibarət olacağını müəyyən etməliyik. Bu istiqamətdə heç bir xəbər yoxdur" .

O, bu sözləri "Reuters" agentliyinin Rusiya tərəfinin Putin və Tramp arasında danışıqlar üçün mümkün məkanlar kimi BƏƏ və Səudiyyə Ərəbistanını nəzərdən keçirdiyini göstərən xəbərinə cavab olaraq deyib.

Chosen
11
operativmedia.az

1Sources