EN

İtaliya futbolu üçüncü dəfə ona tapşırıldı

İtaliya Futbol Federasiyasında prezident seçkiləri keçirilib.

Bizim.Media xəbər verir ki, bu vəzifəyə yeganə namizəd olan Qabriele Qravina ardıcıl 3-cü dəfə prezident seçilib.

Qeyd edək ki, 68 yaşlı Qravina ilk dəfə 2018-ci ildə İtaliya Futbol Federasiyasının prezidenti seçilib. Onun fəaliyyəti dövründə İtaliya millisi Avro-2020-nin qalibi olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
3
1
bizim.media

2Sources