Dünyada bahalı neft dövrünü tarixə qovuşdurmaq üçün qlobal bir trend formalaşıb. Bu neft davasında resurs dövlətləri “nə etməli?” sualı ilə üz-üzə qalacaqlar.
O zaman əlahəzrət sual meydana çıxır: bizi nələr gözləyir?
Yaxın gələcək üçün, xüsusilə bu ilin yay aylarından başlayaraq neftin qiymət enişinə Azərbaycan iqtisadiyyatı hazır olmalıdır. Trampın ikinci dəfə prezidentlik dönəmində açıq elan etdi ki, o, neft qiymətlərinin aşağı düşməsi üçün bütün gücü ilə çalışacaq.
Tramp İKT sektorunun inkişafını, yaşıl iqtisadiyyatı dəstəkləyir. Özünün də çıxışlarında neftin bahalı dövrünün tarixə qovuşacağı ilə planlarından bəhs edib. ABŞ-ın özü dünyada ən bahalı neft hasilatçısı (gündəlik hasilat 13,4 mln. barel, onun 3,5 milyon bareli ixrac) olmasına baxmayaraq neftin bir qalxan olaraq resurs ölkələrinin əllərindən almaq istəyəcək. Dünyadakı bütün resurs dövlətləri kimi Azərbaycanda təbii resurssuz yaşamaq vərdişinə əvvəl-axır başlamalı və buna öyrənməlidir.
Bu yerdə rasional təsbitləri ilə insanı düşündürən, filosof Bertran Rasselin bir fikri yerinə düşür: “Bütün dünyanı neft qoxusu başına götürüb. Mən isə deyirəm ki, neftsizlik qorxusu isə bizim gələcəyimizi artıq təhlükəyə götürüb. İnsanın qorxusu neftin qoxusuna bağlıdırsa, həmin cəmiyyət bitmişdir deməkdir.”
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri
Demokratikmusavat.com