Bennaser “Milan”ı tərk edir
İsmael Bennaser “Milan”dan ayrılmaq üzrədir.
Demokrat.az “RMC Sport”a istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi “Marsel”ə keçməyə yaxındır.
Bildirilir ki, Bennaser yeni klubunda mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək. Daha sonra isə “Marsel” onu birədəfəlik heyətinə qatacaq.