EN

"Qalatasaray" mövsümün əvvəlində transfer etdiyi hücumçu ilə yolları ayırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin "Qalatasaray" klubu mövsümün əvvəlində "Fənərbağça"dan transfer etdiyi Mitçi Batşuayi ilə yolları ayırmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
Təcrübəli hücumçu karyerasını "Ayntraxt Frankfurt" klubunda davam etdirəcək.
"Sarı-qırmızılar" Batşuayinin keçidindən üç milyon avro gəlir əldə ediblər.
Qeyd edək ki, "Frankfurt" klubu Mitçi Batşuayi üçün əlavə bonus olaraq 500 min avro da ödəməli olacaq.
Chosen
46
50
oxu.az

10Sources