EN

"Qalatasaray" Viktor Nelsonu bu şərtlə icarəyə verdi

Türkiyənin "Qalatasaray" klubu danimarkalı futbolçusu Viktor Nelson mövsümü İtaliya “Roma”sında başa vuracaq.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-qırmızılar” 27 yaşlı müdafiəçini A Seriyası təmsilçisinə icarəyə verib.

Müqaviləyə 12 milyon avroya satın alma variantı daxildir.

Qeyd edək ki, Nelson cari mövsüm İstanbul klubunda keçirdiyi 18 oyunda 1 sarı və 1 qırmızı vərəqə alıb.


Müəllif: Röyanə Oğuz
Chosen
7
teleqraf.com

1Sources