Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğunu iddia edən jurnalist Nataşa Rey Rusiyadan siyasi sığınacaq istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Fransua Danqlean X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Vəkil qeyd edib ki, Rey Fransada qanuni təqiblərlə əlaqədar Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoydan siyasi sığınacaq istəyir.
Lakin o, rəsmi sorğunun olub-olmadığını və jurnalistin hansı quruma müraciət edildiyini açıqlamayıb.
Qeyd edək ki, özünü müstəqil jurnalist adlandıran Nataşa Rey 2021-ci ilin dekabrında “YouTube”da yayımladığı videoda bir neçə ildir ki, Fransanın birinci xanımını araşdırdığını bildirib. Onun sözlərinə görə, Makronun məktəb müəllimi olan Bricit, əslində kişi doğulub və adı Jan-Mişeldir. Video viral olub və qısa müddətdə digər ölkələrin media orqanlarında yayılıb.
2024-cü ilin sentyabrında Paris məhkəməsi Reyin böhtana görə 13,5 min avro cərimələnməsi barədə hökm çıxarıb. Daha sonra Kassasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Bizim.Media