EN

Qazaxıstanda 2022-ci ildə iğtişaşlar zamanı oğurlanmış silahlar tapılıb

Qazaxıstanın hüquq-mühafizə orqanları 2022-ci ilin yanvarında kütləvi iğtişaşlar zamanı oğurlanmış 1226-ya yaxın silah aşkarlayıb...

Poliqon xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İdarə aydınlaşdırıb ki, iğtişaşlar zamanı 2960 ədəd xidməti və mülki silah oğurlanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə, 2022-ci ildən Qazaxıstanda həyata keçirilən əməliyyat tədbirləri, axtarışlar və reydlər nəticəsində 8 minə yaxın odlu və travmatik silah, 831 qumbaraatan və 112 mindən çox müxtəlif çaplı döyüş sursatı aşkar edilərək götürülüb. 722 silah anbarı da aşkar edilib.

Poliqon.info

Chosen
15
poliqon.info

1Sources