“Mançester Siti” qış transfer dönəmində 212 milyon avro xərcləyib.
Msport.az xəbər verir ki, “şəhərlilər” bu pulu 4 futbolçunun transferinə xərcləyib.
Premyer Liqa təmsilçisi mərkəz müdafiəçiləri Vitor Reysi 37, Abdukodir Xusanovu 40, yarımmüdafiəçilər Niko Qonsalesi 60, Omar Marmuşu 75 milyon avroya transfer edib.
212 milyonluq xərc qış “transfer pəncərələri” tarixinin ən böyük ikinci məbləğidir. Rekord isə “Çelsi”yə məxsusdur. “Zadəganlar” 2023-cü ilin yanvarında 330 milyon avro xərc çəkib.