EN

Şolts Trampın Ukraynaya yardımı qiymətli metallarla dəyişdirmək fikrini tənqid edib

Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampın Ukraynaya gələcək hərbi yardımı onun qiymətli xammal əldə etmək hüququ ilə əlaqələndirmək təklifini tənqid edib...

Poliqon N-TV telekanalına istinadən xəbər verir ki, Brüsseldə keçirilən Avropa İttifaqının qeyri-rəsmi sammitindən sonra Şolts bu mövqeyi çox eqoist adlandırıb.

Almaniya kanslerinin sözlərinə görə, Kiyev hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkəni bərpa etmək üçün bu resurslardan istifadə etməlidir:

"Bu, böyük dağıntıları nəzərə alsaq, əsas vəzifələrdir. Ona görə də müharibədən sonra lazım olan hər şeyi maliyyələşdirmək üçün ölkənin resurslarından istifadə edilməlidir".

Xatırladaq ki, Amerika lideri bundan əvvəl Ukrayna ilə müqavilə bağlamaq istədiyini bildirmişdi, ona əsasən, dövlətlər Ukraynanın nadir metallarının tədarükü ilə təmin olunacaq.

RBC-Ukrayna-nın Prezident Aparatındakı mənbələri bildirdilər ki, nadir torpaq ehtiyatlarının qorunması və istifadəsi əsas tərəfdaşlarla birlikdə prezident Volodimir Zelenskinin planında nəzərdə tutulub.

Poliqon.info

Chosen
9
1
poliqon.info

2Sources