Yazını böyüt
Yazını kiçilt
2024-cü ilin noyabrında alınan qərara əsasən, Bolqarıstan, Avstriya, Rumıniya və Macarıstanla ortaq şəkildə yeni sərhəd təhlükəsizliyi hərəkəti həyata keçirilir. Bu çərçivədə ortaq təhlükəsizlik qüvvələri Bolqarıstan-Türkiyə sərhədini qorumaq üçün vəzifəyə başlayacaq.
Hafta.az-ın yazdığına görə, ümumi birlik 25-i bolqar, 40-ı rumın, 20-si macar və 15-i avstriyalı olmaqla, 100 əlavə sərhəd polisindən ibarət olacaq.
Sözügedən təhlükəsizlik qərarı Avstriyanın Bolqarıstan və Rumıniyanın Şengenə tam üzvlüyünə vetosunu ləğv etməsi şərtlərindən biri idi.