ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi yeni 10 faizlik rüsumlar artıq qüvvəyə minib.
FED.az xəbər verir ki, bu barədə xarici KİV-lər yazır.
“Çindən ixrac olunan bütün mallara qarşı yeni 10%-lik rüsum artıq qüvvəyə minir”, - deyə nəşrin məlumatında deyilir.
Fevralın 1 ABŞ-nin prezidenti Donald Tramp Meksika, Kanada və Çindən idxal olunan məhsulllara gömrük rüsumunun tətbiq olunması ilə bağlı fərman imzalayıb. Çin üçün bu rüsum 10% olduğu halda, digər iki ölkə üçün 25% olaraq müəyyən edilib.
Bu sərt qərarını Ağ Ev rəhbəri Amerikanın biznes maraqlarını qoruması ilə əsaslandırıb. (Trend)